24 fevral tarixdə "Xocalının səsi" qəzetinin və Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə vətənpərvərlik ruhunda film nümayiş etdirildi.
Əvvəlcə qəsəbədə ucaldılmış "Ana harayı" abidəsinə qərənfillər düzüldü. Şəhidlərimizə Allahdan rəhmət diləndi.
Qarabağ müharibəsinə həsr olunmuş "Fəryad" filmini şagirdlər diqqətlə izlədilər.
Sonda şagirdlərə filmin çəkilişi və aktyorları haqqında məlumat verildi. Bildirildi ki, ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir. Filmi nümayiş etdirməyin əsas məğzinin Azərbaycan xalqının başına gətirilən faciələrin unudulmaması olduğu şagirdlərin diqqətinə çatdırıldı. Düşmən üzərində qələbə eldə etmək üçün həmrəy olmağımızın vacibliyi vurğulandı.